- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
19 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in elit mərhələsi çərçivəsində 2-ci qrupun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı hakim Əliyar Ağayev bu qrupun İrlandiya – Slovakiya oyununu idarə edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Ağayev bu oyunda kifayət qədər sərt idarəçiliyi ilə diqqət çəkib. O, 11 sarı, 4 qırmızı vərəqəyə əl atıb. 3 sarı, 1 qırmızı vərəqə irlandiyalılara qismət olub. 8 sarı, 3 qırmızı vərəqə isə slovakiyalıların payına düşüb.