- Baxış sayı: 57
- 30 İyun 2026 20:02
- Baxış sayı: 162
- İyul 22, 2026
- 0

Qız qalasının yanında “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi, Bakı şəhər gənclər və idman idarəsi, Azərbaycan milli idman növləri assosiasiyası və “İçərişəhər” idman klubunun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş nərd turniri keçirilib.
Allsport.az saytı xəbər verir ki, maraqlı idman mübarizəsi və bayram ovqatı şəraitində qalib adını Rüstəm Əkbərov qazanıb. Tarix Ağayev 2-ci, Aydın Zeynalov 3-cü olub.
Yarışda fərqlənənlər respublika çempionatında iştirak etmək hüququna yiyələniblər.