- Baxış sayı: 40
- 13 Mart 2026 23:43
- Baxış sayı: 178
- Mart 13, 2026
- 0

Yunanıstan super liqasında 23-cü turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev VAR sisteminin tətbiq edildiyi “Atromitos” – AEL Larissa qarşılaşmasında baş hakim olub.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Atromitos”un yeganə qolunu 76-cı dəqiqədə Əmir Ağayev vurub. AFFA-nın milliləşdirdiyi futbolçu fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib. “Sumqayıt”ın keçmiş futbolçusu meydana 61-ci dəqiqədə daxil olub.
Əliyar Ağayev qarşılaşmada ümumilikdə 5 sarı vərəqə göstərib.