- Baxış sayı: 9
- 30 Mart 2026 17:23
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Gənclər liqasında yarımfinal oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, “Mançester Siti” İngiltərədə İspaniyanın “Barselona” klubunu qəbul edib. Bol qollu görüşdə qonaqlar seviniblər – 5:4.
Bu oyunu azərbaycanlı hakimlər briqadası idarə edib. Əliyar Ağayevin baş hakim olduğu görüşdə onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. 4-cü hakim funksiyasını isə Sandro Scharer (İsveçrə) yerinə yetirib.
Həmyerlimiz bu görüşdə “Barselona”nın 2, “Mançester Siti”nin isə 3 futbolçusuna sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində isə o, Mançester təmsilçisinin bir futbolçusunu ikinci sarı – qırmızı vərəqə ilə meydandan qovub.