- Baxış sayı: 26
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
1-3 avqustda İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və 1-ci dərəcələrə daxil olan hakimlər üçün kurs keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bizdən FIFA referisi Əliyar Ağayev bu tədbirdə iştirak edəcək.
Bir neçə gün öncə UEFA ötən mövsümünün ilk yarısı üçün referilərin yeni kateqoriyalarını açıqlayıb. Buna qədər 2-ci olan həmyerlimiz 1 pillə yüksəlib. Əliyar Ağayev bu etimadı qazanan ilk azərbaycanlıdır.