- Baxış sayı: 18
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Misli” brendinin premyer liqasının yeni mövsümünün baş sponsoru olub. Allsport.az saytı xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev əməkdaşlıqla bağlı bunu deyib: “Bir müddət öncə ölkə çempionatının titul sponsorluğu ilə bağlı ictimaiyyətə AFFA və PFL-in birgə məlumatı açıqlanmışdı. Bundan sonra bir neçə şirkətdən müraciət aldıq.
Lakin “Misli” şirkətinin məsələyə dərhal, operativ və daha fəal reaksiyası əməkdaşlığın məhz bu yöndə olmasını şərtləndirən amillərdən oldu. İlk növbədə, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından “Misli” şirkətinə “ölkə futboluna xoş gəlmisiniz” demək istəyərdim.
Azərbaycan futboluna dəstək olduqlarına, futbolumuzun inkişafına öz töhfələrini verdiklərinə görə şirkətin rəhbərliyinə təşəkkür edirik. Əminəm ki, ən qısa zamanda bu əməkdaşlığın müsbət nəticələrini görə biləcəyik”.