- Baxış sayı: 25
- 25 Mart 2026 18:28
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

AFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasuyasının təşkilatçılığı ilə aprelin 14-dən 16-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək. Allsport.az xəbər verir ki, ənənəvi turnir Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunacaq.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
14 aprel
09:30. Açılış mərasimi
10:00. Şimşək – Birlik
11:00. Zirvə – Ümid
15 aprel
10:00. Zirvə – Birlik
11:00. Şimşək – Ümid
16 aprel
09:30. Şimşək – Zirvə
10:30. Ümid – Birlik
11:30. Mükafatlandırma mərasimi