1 milyard dollarlıq anlaşma

Səudiyyə Ərəbistanı inkişaf fondu (SDF) və FİFA inkişaf etməkdə olan ölkələrdə idman infrastrukturunun tikintisini maliyyələşdirəcək.

Allsport.az xəbər verir ki, tərəflər arasında anlaşma memorandumu imzalanıb.

Bu çərçivədə, qeyd olunan məqsədlər üçün güzəştli kreditlər şəklində 1 milyard dollara qədər vəsait ayrılacaq.

Proqramda əsas prioritet idmanı milli inkişaf aləti kimi görən dövlətlərə veriləcək. Ayrılan vəsaitlər vasitəsilə FİFA standartlarına cavab verən müasir çoxfunksiyalı arenalar, eləcə də ictimai, təhsil və sosial məqsədlər üçün istifadə ediləcək obyektlər yaradılacaq.

Həmin kateqoriyadan