1 qələbə, 2 heç-heçə

Birləşmiş Ərəb Əmirliyində “Şarjah masters” şahmat turniri start götürüb.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması nüfuzlu yarışda 4 şahmatçı ilə təmsil olunur.

Yığmamızın lideri Teymur Rəcəbov turnirə heç-heçə ilə start verib. Digər şahmatçımız Məhəmməd Muradlı rəqibini mat qoyub. Aydın Süleymanlı isə kolumbiyalı Santyaqo Avila Pavasla heç-heçə oynayıb.

Qeyd edək ki, 88 şahmatçı qələbə uğrunda yarışır.

Həmin kateqoriyadan