- Baxış sayı: 84
- 16 Sentyabr 2026 11:35
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir.
Allsport.az xəbər verir ki, təmsilçimiz 7 turdan sonra 5,5 xal toplayıb.
Yerli şahmatçı Nikola Sedlak eyni xalı toplasa da, Eltac əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. 7-ci turda hindistanlı Anto Manişo ilə xalları yarıya bölən Səfərli bu gün serbiyalı Mixail İvanovla qarşılaşacaq.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.