- Baxış sayı: 41
- 26 Yanvar 2026 21:26
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

“Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub. Allsport.az xəbər verir ki, onun yubileyi Azərbaycan premyer liqasının XVII turuna təsadüf edib.
Sadıxov “Sumqayıt”la ev oyununda qələbə topunun müəllifi olub. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da 3 dəfə fərqlənib.
Rəhim çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü oyunçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.