- Baxış sayı: 11
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqasının ilk turunda “Turan Tovuz” – “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionatları oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.
2019/20 mövsümünün IV turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7000 seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də keçirilən Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.
Tofiq Bəhramov adına respublika stadionunda həmin görüşdən 1058 gün sonra, premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.
Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün keçirilən son 16 turunda belə göstərici qeydə alınmayıb.
Ümumilikdə isə I turu 10600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 seyrçi olub.
Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.