- Baxış sayı: 48
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 207
- Dekabr 19, 2025
- 0


“Sumqayıt” Azərbaycan premyer liqasının 28-ci turunun səfər matçında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi təxminən 3 il 5 aydan sonra rəqib meydanında 3 qol vurub.
Sumqayıtın eyniadlı klubunun sonuncu belə məhsuldarlığı 2019/20 mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.
Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” 2-dən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənib.