13 il sonra finalda

“Atletiko Madrid” İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona”nı iki oyunun nəticəsinə görə 4:3 hesabı ilə üstələyərək finala yüksəlib.

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi sonuncu dəfə 13 il əvvəl – 2013-cü ildə turnirin finalında oynayıblar və həmin vaxt həlledici matçda “Real Madrid”ə qalib gələrək kuboku qazanıb.

Dieqo Simeonenin komandsının finaldakı rəqibi bu gün keçiriləcək “Real Sosyedad” – “Atletik Bilbao” matçından sonra bəlli olacaq. Bu cütün ilk qarşılaşması San-Sebastyan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atletiko” İspaniya kubokunun 10-qat qalibidir.

Həmin kateqoriyadan