- Baxış sayı: 1
- 16 Mart 2026 16:56
- Baxış sayı: 224
- Mart 15, 2026
- 0

La liqanın XXVI turunda “Real Betis” və “Sevilya” arasında keçirilən Sevilya derbisində (2:2) tarixi rekord qeydə alınıb.
Allsport.az xəbər verir ki, qonaqların heyətində fərqlənən Aleksis Sançes komandasının bir xal qazanmasında mühüm rol oynamaqla yanaşı, XXI əsrin tarixinə düşüb.
37 yaş 72 günlüyündə qol vuran çilili hücumçu Sevilya derbiləri tarixində qol vuran ən yaşlı futbolçu olub. O, bu göstəricidə 2018-ci ildə 37 yaş 43 günlüyündə fərqlənmiş Xoakin Sançesin rekordunu qırıb.