15 və 18 yaşlı cüdoçular arasında bölgə birincilikləri

24 sentyabrdan etibarən cüdo federasiyasının təşkilatçılığı ilə U-15 və U-18 bölgə birincilikləri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışlar müvafiq yaş qrupları üzrə Azərbaycan birinciliklərinə seçim xarakteri daşıyacaq. Beynəlxalq tələblərə uyğun təşkil olunan yarışların təqvim planı aşağıdakı kimidir:

Cənub bölgəsi, 24-25 sentyabr (Şirvan olimpiya idman kompleksi)
Şimal bölgəsi, 29-30 sentyabr (Xaçmaz olimpiya idman kompleksi)
Aran-Mil-Muğan bölgəsi, 5-6 oktyabr (Beyləqan olimpiya idman kompleksi)
Şimal-Qərb bölgəsi, 8-9 oktyabr (Şəki olimpiya idman kompleksi)
Qərb bölgəsi, 15-16 oktyabr (Qazax olimpiya idman kompleksi)
Qarabağ-Zəngəzur bölgəsi, 20-21 oktyabr (Ağdam olimpiya idman kompleksi)
Naxçıvan Muxtar Respublikası 21-22 oktyabr (Naxçıvan olimpiya idman kompleksi)
U-18 Sumqayıt şəhər birinciliyi, 26 noyabr (Sumqayıt olimpiya idman kompleksi)
U-18 Bakı şəhər birinciliyi, 11-13 dekabr (“Xilasedici” idman-sağlamlıq kompleksi)

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish