- Baxış sayı: 50
- 21 Sentyabr 2026 21:32
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Azərbaycan cüdo yığması İspaniyada təlim-məşq toplanışı keçir.
Allsport.az xəbər verir ki, Avropa cüdo ittifaqının Benidormda təşkil etdiyi hazırlıq prosesinə iyulun 2-də start verilib.
Toplanışda Gürcüstan, Finlandiya, Xorvatiya, Türkiyə, Portuqaliya, Almaniya, Belçika, İsrail və bir çox başqa ölkələrin komandaları iştirak edirlər. Hazırlığın özəlliyi ondan ibarətdir ki, bu, Paris-2024 öncəsi sonuncu beynəlxalq toplanış olacaq. Cüdoçularımız bunadək Poreçdə (Xorvatiya) hazırlıq keçib, ardınca Bakıya qayıdıblar.