- Baxış sayı: 29
- 13 Mart 2026 23:43
- Baxış sayı: 128
- Mart 13, 2026
- 0

“Çelsi” “Şeffild Uensdey”dən Yisa Alaonu heyətinə qatıb.
Allsport.az xəbər verir ki, London təmsilçisi 17 yaşlı sol cinah müdafiəçisi üçün qarşı tərəfə ilkin olaraq 500 min funt-sterlinq ödəyib.
Müqaviləyə əsasən, gələcəkdə bu məbləğ bonuslarla birlikdə daha da arta bilər. 2028-ci ilin yayınadək sözləşmə imzalayan gənc futbolçu üçün “Çelsi” “Mançester Yunayted”lə rəqabətdə qalib gəlib.
Yisa Alao cari mövsümdə çempionşipdə çıxış edən “Şeffild Uensdey”in heyətində bütün turnirlərdə 6 matçda iştirak edib.