- Baxış sayı: 63
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 63
- Dekabr 18, 2025
- 0

Portuqaliyanın “Despertar” klubunun futbolçusu Jorje Sarayva iyulun 15-də faciəvi şəkildə dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, hadisə Kaşkayş çimərliyində baş verib.
Sarayva üç dostu ilə dənizə girən zaman dalğa onları dərinliyə aparıb. Xilasedicilər futbolçunun dostlarını sudan çıxara bilib. Bir müddət sonra 17 yaşlı Jorjenin cəsədi tapılıb.
Cansız Sarayvanı sudan çıxardıqdan sonra onu reanimasiya etmək üçün cəhdlər edilsə də, uğursuz alınıb.