- Baxış sayı: 42
- 25 İyul 2024 20:21
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Qadın həndbol millimiz Avropa çempionatı-2024-ün seçmə qrupunda Bakı idman sarayında Litvaya 35:33 qalib gəldi. Komandamızın cinah oyunçusu Ülviyyə Şərifova sevincini allsport.az saytı ilə bölüşüb:
“Oyun gərgin keçdi. Hər 2 tərəf sona qədər mübarizə apardı. Qələbə qazanmaq əzmində idik! 2-ci hissədə müdafiədə yaxşı oynadıq.
Üstəlik, oyunun gedişatını dəyişən qapıçımızın çox lazımlı qurtarışları kömək oldu. Tribunaların dəstəyini qeyd etmək istərdim. Bu, bizə daha güc və inam verdi”.