- Baxış sayı: 62
- 09 Fevral 2026 10:10
- Baxış sayı: 35
- Fevral 12, 2026
- 0

Sabah 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının “C” divizionunun oyunlarına start veriləcək.
Allsport.az xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarış iyulun 14-dək davam edəcək.
Azərbaycan yığması A qrupunda mübarizə aparacaq. U-16 millimiz Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə qarşılaşacaq.
Türkiyəli mütəxəssis Əvrən Alqayanın yetirmələri qrupdakı ilk oyununu sabah Ermənistana qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qızlarımız iyulun 10-da saat 12:30-da Gürcüstan və 11-də saat 12:30-da Kipr millisi ilə görüşəcək.