200-ə yaxın işçi qovulacaq

Yeni ixtisarlar dalğası “Mançester Yunayted”in yüksək səviyyəli işçilərinə də aid oluna bilər.

Allsport.az xəbər verir ki, ötən həftə bəzi klub işçilərinə, o cümlədən yeni təyin olunmuş yüksək menecment üzvünə onları işdən çıxarmaq planları barədə məlumat verildiyi bildirilir.

Bundan əlavə, daha bir neçə işçiyə risk altında olduqları barədə xəbərdarlıq edilib. İxtisarlardan ən böyük zərbəni “Yunayted”in skautinq departamenti alıb və keçən həftə direktor Stiv Braun doqquz illik işindən sonra klubu tərk edəcəyini açıqlayıb.

Həmin kateqoriyadan