2030-cu ilə qədər Braziliya millisində?

Braziliya futbol konfederasiyası millinin baş məşqçisi Karlo Ançelotti üçün yeni müqavilə layihəsini hazırlayıb. Allsport.az saytı xəbər verir ki, tərəflər sözləşmənin təfərrüatları barədə razılığa gəliblər və italiyalı xocanın yalnız imzalaması lazımdır. Bunun 2026-cı il Dünya Kubokundan əvvəl virtual olaraq baş tutacağı gözlənilir.

Yeni müqavilə 2028-ci ilə, yəni Amerika kubokunun keçiriləcəyi tarixə qədər qüvvədədir və 2030-cu il Dünya Kubokuna qədər avtomatik uzadılmanı nəzərdə tutur. Ançelottinin maaşı ildə 10 milyon avro olaraq qalacaq və milli futbol komandasında ən çox maaş alan məşqçi statusunu qoruyub saxlayacaq.

Ançelotti 2025-ci ilin may ayından bəri Braziliya milli komandasına rəhbərlik edir.

Həmin kateqoriyadan