- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya premyer liqasının 23-cü turunda Qroznının “Əhməd” komandasını 1:0 hesabı ilə məğlub etdikdən sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “öküzlər” səfərdə Kordobanın 86-cı dəqiqədə vurduğu qolla seviniblər.
“Onlar bilərəkdən topları boşaldıblar və meydanı biçməyiblər. Yaxşı, onlar belə oynamaq istəyirlər – gəlin belə oynayaq. Biz hər cür futbola hazırıq. Lazım gələrsə, mübarizə aparacağıq”, – “Sabah”ın keçmiş baş məşqçisi deyib.
Bu matçdan sonra “Krasnodar” 23 turda 52 xalla RPL turnir cədvəlinin başında qalır.