- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

Braziliya millisinin sabiq ulduzu Tyaqo Silva yenidən Avropaya qayıdıb.
Allsport.az xəbər verir ki, 41 yaşlı müdafiəçi “Portu” ilə iyuna qədər müqavilə imzalayıb.
Razılaşmaya əsasən, müqavilənin müddəti daha bir il — 2027-ci ilin yayına qədər uzadıla bilər.
“Fluminense”dən azad agent kimi ayrılan Silva yeni komandasında 3 nömrəli köynəyi geyinəcək. O, 2004/05 mövsümündə “Portu”nun “B” komandasında çıxış etmişdi.