22 illik zədəyə görə əməliyyat olundu

İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem əməliyyat olunub.

Allsport.az xəbər verir ki, 50 yaşlı veteran yarımmüdafiəçinin əməliyyata müraciət etməsinə səbəb 22 il əvvəl milli komandada oynayarkən aldığı zədə olub.

Bekhem 2003-cü ildə Cənubi Afrika Respublikası ilə yoldaşlıq oyunu zamanı biləyindən xəsarət alıb. O zaman Bekhemin əlinə vint taxılıb. Onun bir müddət sonra əriməsi nəzərdə tutulmuşdu. Lakin bu baş verməyib və Bekhem uzun illər boyunca ağrılarla yaşayıb.

Həmin kateqoriyadan