- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik”.
Allsport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis Gürcüstan komandası ilə keçirilən ikin yoxlama oyununu şərh edib. Borisov narazı qaldığı məqamları dilə gətirib: “Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.
Azərbaycan yığması Gürcstanla keçirdiyi ikinci matçı 1:2 hesabı ilə uduzub. Millimiz ilk görüşdə də məğlub olub (2:3)