- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

“Sabah” Azərbaycan basketbol liqasının növbəti oyununda “Neftçi”ni 98:79 hesabı ilə udub.
Allsport.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis bunu deyib:
“Oyuna bir qədər ehtiyatsız başladıq. Lakin sonradan gedişatı öz lehimizə dəyişməyi bacardıq. Ümumi götürsək oyuna nəzarət bizdə idi. Bəzi epizodlarda oyunçularımızın verdiyi qərarlardan razı qalmadım. Lakin əzmkarlıq və müdafiədə oyunu bəyəndim. Xüsusilə ilə dördüncü periodda oyunumuz yaxşı alındı. Düşünürəm ki, layiqli qələbə qazandıq”.