- Baxış sayı: 41
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 0
- Dekabr 05, 2025
- 0

NBA-nın adi mövsüm matçında “Los Anceles Klippers” “Şarlotta Hornets”i məğlub edib.
Allsport.az xəbər verir ki, Los-Ancelesdəki arenada keçirilən oyun 113:104 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçın ən məhsuldar oyunçusu 29 xal toplayan “Klippers”in atıcı müdafiəçisi Ceyms Harden olub. Onun komanda yoldaşı Pol Corc 25 xal toplayıb.
“Klippers” 18 qələbə və 12 məğlubiyyətlə turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.