- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

“Tottenhem”in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli 29 yaşında peşəkar karyerasını bitirə bilər.
Allsport.az xəbər verir ki, bu ilin yanvarında ingilis oyunçu İtaliyanın “Komo” klubuna keçsə də, Sesk Fabreqasın komandasında cəmi bir oyun keçirib.
O, martın 15-də “Milan”la səfər oyununda əvəzedici kimi meydana çıxıb və 10 dəqiqədən sonra meydandan qovulub.
Fabreqas artıq Alliyə güvənmir və buna görə də yarımmüdafiəçi mövsümlərarası fasilədə komandadan ayrı məşq edir.
Dele Alli özünə yeni klub tapa bilməyəcəyini düşündüyü üçün peşəkar karyerasını bitirməyi planlaşdırır.