- Baxış sayı: 25
- 16 Dekabr 2025 13:45
- Baxış sayı: 435
- Dekabr 15, 2025
- 0

“Sauthempton”in futbolçusu Tayler Diblinq yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, 19 yaşlı cinah oyunçusu “Tottenhem”, “Bavariya” və “Leypsiq”in maraq dairəsindədir.
İngilis yarımmüdafiəçi uğrunda mübarizənin favoriti “Leypsiq” hesab olunur.
Diblinqin bundesliqaya keçməyə qarşı olmadığı və transfer məbləğinin 70-80 milyon avro təşkil edəcəyi bildirilir.
Tayler Diblinq bu mövsüm keçirdiyi 33 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.