“3+2 limitində yerli basketbolçu amili oyunda böyük fərq yaradır”

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının final sıralamasının ilk oyununda “Sabah” debütant “Xəzri”yə 70:95 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra son ölkə çempionunun baş məşqçisi Rimas Kurtinaytis açıqlama verib:

“Əsas heyət üzvü olan 2 yerli basketbolçumuzun diskvalifikasiya səbəbindən komandamıza kömək edə bilməməsi oyunumuza mənfi təsir göstərdi. 3+2 limitində yerli basketbolçu amili oyunda böyük fərq yaradır. Onları əvəzləməli olan digər yerli basketbolçularımız isə 30 dəqiqə oynamağa hazır deyildi.

Bundan əlavə basketbolçularımızın oyuna yanaşmasını da bəyənmədim. Enerji hiss olunmurdu. Lakin istənilən halda final seriyası 3 qələbəyə kimi davam edir. Qısa müddət ərzində toparlanıb final seriyasının ikinci oyununa yaxşı hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan