- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“A” seriyasına vəsiqə qazanan növbəti komanda məlum olub. Allsport.az xəbər verir ki, “Sassuolo”dan sonra “Pitsa” da yüksək liqada çıxış etmək hüququna yiyələnib.
Filippo İnzaginin rəhbərlik etdiyi kollektiv “B” seriyasının XXXVI turunda səfərdə “Bari”yə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyət “Pitsa”nın elitaya yüksəlməsinə mane olmayıb.
Belə ki, onların ən yaxın izləyicisi olan “Spetsiya” da bu turda məğlub olub. Mövsümün bitməsinə 2 tur qalmış onlar yaxın izləyicilərini 9 xal qabaqlayırlar.
“Pitsa” sonuncu dəfə 1990/1991 mövsümündə “A” seriyasında iştirak edib.