35-ci legionçu: amerikalıların 10-cu het-triki

Premyer liqanın XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) fərlənib.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legionçusu Domi Massumo XVIII turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Həmin kateqoriyadan