- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

5 apreldə Tailandın Muanq Patum Tani şəhərində 3×3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub.
Allsport.az xəbər verir ki, Paris 2024 olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə 3×3 qadın millimiz “B” qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib. Bu mərhələdə “Sriracha Eagle”(Tailand) klubuna 21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb.
Komandamız yarımfinalda isə, Polşanın “Lotto” klubu üzərində 17-16 hesabılı qələbəyə sevinib. Finalda güclü “Zoos” (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17-15 hesabı ilə məğlub olan millimiz beynəlxalq turniri 2-ci sırada tamamlayıb.