- Baxış sayı: 37
- 31 Mart 2023 14:58
- Baxış sayı: 111
- Aprel 01, 2023
- 0
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib. Allsport.az xəbər verir ki, qadın voleybolçuların yüksək liqasında II dövrəyə yanvarın 30-da start veriləcək.
Həmin gün IV turda “Murov” – “Azərreyl” və UNEC – “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.
Yanvarın 31-də isə kişi voleybolçuların yüksək liqasında II turdan təxirə salınmış “Neftçi” – “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma saat 16:00-da start götürəcək.
Oyunlar voleybol mərkəzində təşkil olunacaq.