- Baxış sayı: 72
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Türkiyənin Balıkəsir şəhərində çimərlik voleybolu üzrə “Bioderma” açıq çempionatında ölkəmiz 2 qadın (Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Çinarə Quliyeva/ Larisa Smeltsova), 3 kişi (Heydər Məmmədli/Fərda Dünyayev, Nəriman Bayramlı/Məhəmməd Aslanlı, Akşin Ağazadə/İbrahim Məmmədov) komandası ilə təmsil olunur.
Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü 2 qadın, 2 kişi cütümüz mübarizəyə qoşulub. Beynəlxalq turnirə uğurla start verən komandalarımız 1/16 finala yüksəliblər.