- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 208
- Mart 25, 2026
- 0

“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XXXVI turuna təsadüf edib.
Gəncə təmsilçisi “Turan Tovuz”la qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.
İlk belə məğlubiyyət 1995/96 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.
“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.