- Baxış sayı: 52
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 116
- Dekabr 19, 2025
- 0


“Səbail” premyer liqada 40-cı səfər məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu, 2022/23 mövsümünün ilk turuna təsadüf edib.
“Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə başlayan Bakı klubu, bunadək 39 səfərdən xalsız dönüb. Paytaxt təmsilçisi rəqib meydanındakı 67 görüşdə 14 qələbə və 13 heç-heçəyə də nail olub.
Ölkə çempionatında 2017/18 mövsümündə debüt edən “dənizçilər”, səfərdə ilk yenilgini 2017-ci il avqustun 13-də “Zirə”dən alıb – 1:2.