- Baxış sayı: 20
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Fransa millisinin sabiq qapıçısı Stiv Mandanda müqaviləsi başa çatdıqdan sonra “Renn”dən ayrılacaq.
Allsport.az xəbər verir ki, 40 yaşlı futbolçu 2022-ci ildə “Marsel” ilə sözləşməsi bitdikdən sonra azad agent kimi “Renn”ə keçib. Bu müddət ərzində o, ölkə çempionatında klubun heyətində yüzdən çox oyun keçirib və uzun müddət əsas qapıçı olub.
Lakin Bris Sambanın komandaya gəlişi Mandandanın statusunu dəyişib. Klub onunla bu yay bitəcək müqaviləni yeniləməyəcək.