- Baxış sayı: 38
- 12 Yanvar 2026 22:50
- Baxış sayı: 207
- Yanvar 11, 2026
- 0

“Mançester Yunayted” ölkə kubokunun üçüncü mərhələsində “Brayton”a 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Allsport.az xəbər verir ki, bununla da “qırmızı şeytanlar” klub tarixinin 44 il əvvəlki antirekorunu təkrarlayıb.
“Mançester Yunayted” 1981/1982-ci illər mövsümündən bəri ilk dəfə həm İngiltərə kubokunda, həm də İngiltərə liqa kubokunda mübarizəyə başladığı ilk mərhələdəcə turnirləri tərk edib.
Mançesterlilər daha əvvəl İngiltərə liqa kubokunun ikinci mərhələsində aşağı liqa təmsilçisi “Qrimsbi Taun”a penaltilər seriyasında (əsas vaxt 2:2, penaltilər 11:12) uduzaraq mübarizəni dayandırmışdılar. Bu, klubun cari mövsümdə hər iki yerli kubok yarışında uğursuz startı kimi tarixə düşüb.