- Baxış sayı: 33
- 17 Dekabr 2024 19:41
- Baxış sayı: 64
- Dekabr 17, 2024
- 0
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində 5-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, komanda Rusiya Premyer Liqasında çıxış edən Krasnodarın “Kuban” klubu ilə qarşılaşıb.
“Qəbələ” “Kuban” önünə aşağıdakı heyətlə çıxıb: 22. Dmitri Bezotosnı (30. Anar Nəziov), 15. Ruslan Abışov (26. Mixail Sivakov), 44. Rafael Santos, 7. Ruslan Əmircanov, 34. Ürfan Abbasov (16. Ruslan Tağızadə),4. Elvin Camalov (9. Viktor Mendi), 19. Aleksey Qay, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (99. Tellur Mütəllimov), 27. Bəxtiyar Soltanov (90. Ekiqo Ehiosun), 18. Ruslan Fomin.
Oyun qarşılıqlı hücumlarla başlayıb. Rusiyalılar artıq 3-cü dəqiqədə Tkaçovun qolu ilə hesabda önə keçib. Buraxılan qoldan sonra “Qəbələ” böyük qüvvə ilə irəli atılıb. Bir neçə təhlükəli epizod yaratsa da, yenə “Kuban” qol sevinci yaşayıb. 14-cü dəqiqədə Balde fərqi artırıb. Bundan sonra oyun bərabər səviyyəli mübarizə şəraitində keçib. Hər iki komandanın hücumları ilə keçən görüşün 37-ci dəqiqəsində rusiyalıların futbolçusu qırmızı vərəqə ilə cəzalanıb. Lakin qarşılıqlı razılığa əsasən, cəzalanan oyunçu komanda yoldaşı ilə əvəzlənib.
Matç “Qəbələ”nin iki futbolçusunun məcburi əvəzlənməsi ilə də diqqət çəkib. Belə ki, Ürfan Abbasovla Bəxtiyar Soltanov xəsarət alaraq, meydanı tərk edib. Bundan sonra komandaların səylərinə baxmayaraq hesab dəyişməyib. “Qırmızı-qaralar” bir neçə dəfə fərqi minimuma endirməyə yaxın olsa da, “Kuban”ı qapıçısı xilas edib. Beləliklə, “Qəbələ” Antalyada keçirdiyi 5-ci yoxlama oyununda 0:2 hesabı ilə məğlub olub.