- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 128
- Sentyabr 23, 2026
- 0

“Barselona”nın əfsanəsi Andres İnyesta məşqçilik karyerasına başlamağa hazırlaşır. Allsport.az xəbər verir ki, 41 yaşlı veteran futbolçu Dubayda lisenziya aldığını və payızda fəaliyyətə keçəcəyini bildirib.
İnyestanın Mərakeş millisinin məşqçilər heyətinə qoşulacağı gözlənilir. O, “Barselona”da çalışmaq ehtimalı barədə danışarkən, bunun yaxın 15 ildə mümkün ola biləcəyini qeyd edib.