- Baxış sayı: 74
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan voleybol federasiyasının kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Allsport.az xəbər verir ki, Gözəlbəyli qadın voleybolçular arasında CEV Çelenc kubokunun 1/4 final mərhələsində Yunanıstanın “GS Panionios NEA SMYRNI” və Kiprin “Olympiada Neapolis NICOSIA” komandaları arasında keçiriləcək oyunda supervayzer olacaq.
Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomasz Janik və rumıniyalı Darius Dumitru Mesca olacaq.