500-cü qol

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

Allsport.az xəbər verir ki, yubiley qolu Avropa liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçına təsadüf edib. Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Safranko 500-cü qolun müəllifi olub.

Azərbaycan klublarının avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalar çempionlar liqasında 122, Avropa liqasında (əvvəlki UEFA kuboku) 294, konfrans liqasında 64, intertoto kubokunda 19, kuboklar kubokunda 1 qol vurub. Ölkənin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Azərbaycan təmsilçilərindən Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.

Həmin kateqoriyadan