- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 115
- Dekabr 31, 2025
- 0

Dünya futbolunun ən yaşlı peşəkar oyunçusu Kaduzyoşi Miura karyerasını bitirmək niyyətində deyil.
Allsport.az xəbər verir ki, 58 yaşlı hücumçu Yaponiyanın üçüncü divizion təmsilçisi “Fukuşima Yunayted” klubuna transfer olunub.
Fevralda 59 yaşı tamam olacaq veteran forvard yeni komandasına icarə əsasında qoşulub. Peşəkar karyerasında 41-ci mövsümünə hazırlaşan Miura bildirib: “Yaşımdan asılı olmayaraq, futbola olan ehtirasım dəyişməyib”.
Karyerasına 1986-cı ildə Braziliyanın “Santos” klubunda başlayan Miura, Yaponiya millisinin heyətində 89 oyuna 55 qol vurub.