- Baxış sayı: 42
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Gənclər və idman nazirliyinin elan etdiyi “İdman həftəsi” çərçivəsində martın 4-də fiziki məhdudiyyətli idmançılar arasında boccia yarışı keçirilib.
Allsport.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin tabeliyində olan əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası mərkəzində təşkil olunan yarışda 17 nəfər iştirak edib.
Yekun nəticələrə əsasən, uşaqlar arasında Məsumə Babayeva, Gülər Əsgərova və Şahin Hidayətzadə fərqləniblər. Böyüklər arasında Elgün Sadıqov birinci olub. Nurlan Mehdiyev ikinci, Ceyhun Alıbəyov isə üçüncü yer tutublar.