- Baxış sayı: 33
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 49
- Sentyabr 23, 2026
- 0

İspaniya kral futbol federasiyasının intizam komitəsi “Real Madrid”in vingeri Franko Mastantuononu iki oyunluq diskvalifikasiya edib.
Allsport.az xəbər verir ki, 18 yaşlı argentinalı futbolçu “Xetafe” ilə matçda baş hakimi kobud şəkildə tənqid etdiyi və qeyri-etik ifadələr işlətdiyi üçün bu cəzaya məruz qalıb. O, “Selta” və “Elçe” ilə görüşləri qaçıracaq.
Bundan əlavə, müdafiəçilər Din Höysen və Alvaro Karreras sarı vərəqə limitini doldurduqları üçün martın 6-da keçiriləcək “Selta” ilə səfər oyununda iştirak edə bilməyəcəklər.