60 kq-da baş mükafatı Dünya güləş birliyinin azərbaycanlı büro üzvü Namiq Əliyev təqdim edib

Rumıniyanın paytaxtı Buxarestdə qitə çempionatında yunan-Roma güləşində 1-ci olan Nihat Məmmədlinin çıxış etdiyi 60 kq-da mükafatlandırmada Dünya güləş birliyinin azərbaycanlı büro üzvü Namiq Əliyev də iştirak edib.

Allsport.az saytı xəbər verir ki, o, qızıl medalı və yarışın özəl hədiyyəsini gənc bahadırımıza təqdim edib. Adı çəkilən nüfuzlu şəxs həm də Azərbaycan güləş federasiyasının vitse-prezidentidir.

Həmin kateqoriyadan