- Baxış sayı: 53
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 215
- Yanvar 09, 2026
- 0

Tacikistan futbolunun əfsanəsi Möhsün Məhəmmədiyev 60 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən sabiq futbolçu yanvarın 1-də Moskvada dünyasını dəyişib. O, 1994-cü ildə “Spartak”ın heyətində Rusiya çempionu olmuş, daha sonra “Lokomotiv”, “Torpedo” və Avstriyanın “Austriya” klublarında çıxış etmişdi. Məhəmmədiyev həmçinin Tacikistan millisinin baş məşqçisi və “Rubin” klubunun idman direktoru kimi də uğur qazanmışdı.